AZ

Azərbaycanda unikal bank əmanətçilərinin sayı açıqlanıb

Bakı. Trend:

Yeni monetar siyasətin nəticəsi olaraq ötən il unikaləmanətçilərin sayı 2024-cü illə müqayisədə 81,3% artıb.

Trend xəbərverir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyimətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, maliyyə sektorunun dayanıqlılığının təminedilməsi üçün likvidliliyin örtülməsi əmsalı tətbiq edilib: "Bu dabanklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlbedilməsi ilə məşğul olsunlar. Sistem əhəmiyyətli bankların depozitfaizləri 6% həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faizxərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra banklarınfaiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2024-cü ildəmüddətli depozitlərin həcmi 1,8 milyard manat, ötən il isə 2,3milyard manat artıb".

"2024-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106min nəfər təşkil etdiyi halda, 2025-ci ilin sonuna bu göstərici 194min olub.

Beləliklə, son 30 il ərzində formalaşan təxminən 100 minlikəmanətçi bazası cəmi son 2 il ərzində iki dəfə artım nümayişetdirib", - o qeyd edib.

Məqalədə:
Seçilən
104
az.trend.az

1Mənbələr