Bu barədə Aktual.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.
Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.