AZ

Epşteynin ölümündən sonra çəkilmiş fotoları yayımlandı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn hələ də xəbər başlıqlarında yer alır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın diqqətini cəlb edən işdə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən sənədlərə hər gün yeni sənədlər əlavə olunur.

Bunun fonunda  ABŞ Ədliyyə Nazirliyi Epşteynin 2019-cu ildə ölü tapıldığı kameradan yeni görüntülər yayımlayıb. Görüntülərdə Epşteynin boynunun ortasında dərin, qanlı bir çapıq aydın görünür.

Məhkəmə-tibbi ekspertiza hesabatlarında "asılma yolu ilə boğulma" kimi təsvir edilən bu zədə, bəzi mütəxəssislər tərəfindən asfiksiya hallarında nadir hallarda rast gəlinən dil sümüyünün sınığı ilə uyğun gəlir. 

Fotoşəkillərdə həmçinin Epşteynin gözlərindəki yırtılmış kapilyarlar və boynu ətrafındakı çoxsaylı qançırlar qeydə alınıb.

Həmin gecə Epşteynin Metropolitan İslah Mərkəzindəki (MCC) kamerasının vəziyyətini yayımlayan təxminən 90 cinayət yeri fotoşəkili ortaya qoyub. 

Fotolarda cırılmış və əzilmiş çarşaflar, yerə səpələnmiş çoxsaylı reseptli dərman qutuları və nizamsız şəkildə səpələnmiş elektrik naqilləri görünür. 

Qeyd edək ki, 18 yaşından kiçik onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Açıqlanan Epşteynin işi sənədlərində Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-nin keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"nın saxlanıldığına dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakını ört-basdır etmək üçün öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyini açıqlayıb. 

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
unikal.az

2Mənbələr