AZ

Ukrayna səfiri ADA Universitetində olub

Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev bu gün Azərbaycan Diplomatiya Akademiyasında olub.

Hafta.az yazır ki, ukraynalı diplomat səfər çərçivəsində ADA-nın prorektorları Fariz İsmayılzadə və Günay Ziyadova ilə görüşüb.

“ADA Universiteti ilə Gennadi Udovenko adına Ukrayna Diplomatiya Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi üçün praktiki addımların atılmasını - tələbə və gənc diplomatlar üçün birgə elmi konfransların, akademik mübadilələrin, proqramların keçirilməsi də daxil olmaqla bir çox məsələkləri müzakirə etdik”, - səfir Husyev öz facebook səhifəsində yazıb.

“Xüsusilə azərbaycanlı tərəfdaşlara Ukraynaya ardıcıl dəstəyinə, keçən il iki gənc diplomatını ADA Universitetində qısamüddətli təhsil almaq üçün dəvət etdiklərinə görə təşəkkür etdim” deyən diplomat bildirib ki, belə qarşılıqlı əlaqələr ölkələrimizin gələcəyinə qoyulan sərmayədir.

Səfir qeyd edib ki, görüş zamanı əməkdaşlığı daha da dərinləşdirmək və yeni praktiki məzmunla doldurmaq barədə razılıq əldə edilib.

“Ukrayna və Azərbaycan ortaq tarixin, qarşılıqlı hörmətin və gələcəyə strateji baxışın birləşdiyi tərəfdaşlardır”, - səfir fikrini tamamlayıb.

Seçilən
28
hafta.az

1Mənbələr