AZ

Rusiyada məktəbli qızlara hücum edib: Yaralılar var

Rusiyada məktəbli qız təhsil aldığı müəssisədə yanğın törədib, xəsarət alanlar var.

APA “Kommersant”a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində yerləşən məktəblərdən birində baş verib.

Belə ki, 8-ci sinif şagirdi qız sinif yoldaşlarının bir neçəsinin üzərinə yandırıcı maye tökərək onları yandırıb, daha sonra çəkiclə zərbələr endirib.

Məlumata görə, hadisə nəticəsində beş nəfər zərər çəkib, onlardan biri 50% bədən yanığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivləri və digər səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

"Cebheinfo.az"

Seçilən
77
2
cebheinfo.az

6Mənbələr