AZ

Rusiya kosmosdakı  Avropa peyklərini ələ keçirib – FT

Rusiya kosmosda Avropanın əsas peyklərini ələ keçirib. Financial Times qəzetinin məlumatına görə, Avropa təhlükəsizlik mütəxəssisləri iki Rusiya kosmik gəmisinin, Luç-1 və Luç-2 peyklərinin qitə üzərindəki ən azı on iki əsas Avropa peykinin rabitəsini ələ keçirdiyini və onların trayektoriyalarını manipulyasiya etməyə imkan verdiyini bildiriblər. Bu müdaxilələr həmçinin peyklərin qəzaya uğramasına səbəb ola bilər.

Kosmik peyklər, xüsusilə geostasionar peyklər, Yer üzərindəki yüksək orbitdə fəaliyyət göstərir və Avropaya, Böyük Britaniyaya, Afrika və Yaxın Şərqin böyük hissələrinə xidmət göstərir. Rəsmilər, Rusiya kosmik gəmilərinin bu peyklərlə yaxın məsafədə riskli qarşılaşmalar etdiyini və artıq bir neçə ildir ki, onların fəaliyyətlərinin izlənildiyini bildirib.

2023-cü ildən etibarən Luç-2 kosmik gəmisi həm kommersiya, həm də dövlət məqsədli 17 Avropa peykinə yaxınlaşıb. Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının rəhbəri, general-mayor Michael Traut Financial Times-a verdiyi açıqlamada, hər iki kosmik gəminin “elektron kəşfiyyat” aparmaq məqsədilə fəaliyyət göstərdiyini vurğulayıb.

Avropa kəşfiyyat rəsmilərinin dediyinə görə, Luç-1 və Luç-2 peykləri, peyklərdən yerüstü stansiyalara və əksinə məlumat ötürən şüaların dar bucaqlarında yerləşərək, bu məlumatları ələ keçirməyə çalışır. Bir çox Avropa peyki illər əvvəl, müasir şifrələmə və kompüter texnologiyaları olmadan orbitə buraxıldığı üçün bu peyklərin məlumatları daha həssasdır və asanlıqla müdaxilələrə məruz qala bilər.

General-mayor Michael Traut bildirib ki, Rusiya kosmik gəmiləri bu məlumatları əldə edərək peyk idarəetmə kanallarını ələ keçirə bilər və buna görə də peyk əmrləri yalançı şəkildə ötürülə bilər. Bu, orbitdəki peyklərin kiçik düzəlişlər etməsini, yaxud onları sıradan çıxarmasını və ya kosmosa düşməsinə səbəb ola bilər.

Rusiya kosmosda yalnız peyk rabitəsinə müdaxilə etməklə qalmır, həm də bu məlumatları Qərb ölkələrinin mülki və hərbi əməliyyatlarına qarşı təxribat xarakterli fəaliyyətlər üçün istifadə edir. Rusiya peyklərinin izlədiyi peyklər arasında xüsusən IntelSat peykləri və Almaniya silahlı qüvvələrinə aid peyklər var.

Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri Pol Tedman də qeyd edib ki, Rusiya peykləri Böyük Britaniyanın kosmik obyektlərini izləyir və onlara müdaxilə etməyə çalışır.

Bu cür fəaliyyətlər, Rusiyanın Avropadakı rabitə və təhlükəsizlik sistemlərinə ciddi təhdid yaratdığını göstərir. Kosmosda elektron kəşfiyyat və peyk rabitəsinə müdaxilələr, müharibə və mülki əməliyyatların gedişatına təsir edə bilər. Rusiya, kosmik mühitdəki mövqeyini gücləndirərək Qərb ölkələrinin hərbi və iqtisadi maraqlarına qarşı daha genişmiqyaslı təxribatlara başlaya bilər. Bu hadisələr, kosmosdakı təhlükəsizlik məsələlərinin nə qədər kritik və strateji olduğunu bir daha ortaya qoyur.

Seçilən
114
veteninfo.az

1Mənbələr