AZ

Ajiotaj yaradacaq bal tələsi iddiaları! Dövlət başçıları təhdid altındadır

Polşanın Baş naziri Donald Tusk Ceffri Epşteynə aid sənədlərlə bağlı diqqətçəkən iddia irəli sürüb.

Turkustan.az xəbər verir ki, Tuskun sözlərinə görə, Epşteyn nüfuzlu Qərb liderlərini və iri qlobal korporasiyaların rəhbərlərini gizli şəkildə qeydə alıb və bu materialları sonradan onlara təzyiq göstərmək məqsədilə “kompromat” kimi istifadə edib. Baş nazir bu prosesin Rusiya kəşfiyyatının mümkün əməliyyatının bir hissəsi ola biləcəyini bildirib.

Polşa hökumətinin iclasında mövzuya toxunan Donald Tusk qeyd edib ki, bu yaxınlarda ictimaiyyətə açıqlanan milyonlarla səhifəlik Ceffri Epşteyn sənədlərində Vladimir Putin və Moskva ilə bağlı minlərlə istinad yer alır. Onun fikrincə, bu faktlar işdə mümkün Rusiya əlaqələrinə işarə edə bilər. Tusk əlavə edib ki, sənədlərdəki bəzi məzmun Qərb liderlərinə qarşı “bal tələsi” mexanizmi kimi planlaşdırılmış ola bilər.

Baş nazir bildirib ki, sənədlərin araşdırılması üçün xüsusi işçi qrup yaradılıb və Polşanın milli təhlükəsizliyinə təhdid yarada biləcək bütün ehtimallar diqqətlə araşdırılır. Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri barədə uzun müddətdir səsləndirilən iddiaların bu qiymətləndirmə ilə daha da aktuallaşdığı vurğulanıb. Məsələ Avropa ictimaiyyətində geniş rezonans doğurub.

Ekspertlərin məlumatına görə, Epşteyn sənədlərində Moskvaya təxminən 10 min, Vladimir Putinə isə 1056 istinadın yer alması Rusiya ilə mümkün əlaqələr barədə iddialara zəmin yaradır. Mütəxəssislər qeyd edirlər ki, kompromat toplamaq kəşfiyyat əməliyyatlarında geniş istifadə olunan üsuldur. Bununla yanaşı, belə materialların yanlış şərhi və ya manipulyasiyası siyasi gərginliyin artmasına da səbəb ola bilər.

Qeyd edək ki, “bal tələsi” termini kəşfiyyat və təhlükəsizlik ədəbiyyatında cinsi, emosional və ya romantik münasibətlər vasitəsilə hədəf şəxsin zəiflədilməsi və nəzarət altına alınması üsulunu ifadə edir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
31
1
turkustan.az

2Mənbələr