AZ

Novella Cəfəroğlunun üzv olacağı partiyanın adı açıqlandı

Bir müddət əvvəl Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun Vəhdət Partiyasına üzv olduğu bildirilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, N.Cəfəroğlu artıq Vəhdət Partiyasında fəaliyyət göstərir.

 

Məlumatı dəqiqləşdirmək üçün saytımızın əməkdaşı Novella Cəfəroğlu ilə əlaqə saxlayıb.

 

N.Cəfəroğlu hələlik bu barədə qəti qərar vermədiyini deyib: “Hələ heç bir partiyaya üzv olmamışam. Amma bu yaxınlarda bir partiyaya üzv olacağam. Hələ hansı partiya olduğu bilinmir”.

 

N.Cəfəroğlu əməkdaşımızın "bəs nə üçün adınız Vəhdət Partiyası ilə hallanır?" sualına isə belə cavab verib: “Onların yeni sədri mənim dostumdur. O insana çox hörmətim var. İşə çox gözəl başlayıb. Partiya necə olmalıdır, göstərir. Partiyanın tərkibində Bakı və Kəndlər Birliyi də var. Uzun müddətdir, onlarla münasibətim var. Bir dəfə kofranslarında olmuşam. Görürəm ki, insanlar nəsə etmək istəyirlər. Hər dəfə gözəl bir addım atırlar. İşlərini görürəm. Bəlkə də, Vəhdət Partiyasına getdim. Hələ fikirləşirəm”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2026, 14:52   
Seçilən
83
pravda.az

1Mənbələr