AZ

Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinə səfəri çərçivəsində “ORT Israel” məktəblər şəbəkəsinin direktoru, eləcə də İsrail İnnovasiya Agentliyinin nümayəndələri ilə görüşlər keçirib.

AzEdu.az xəbər verir ki, görüşlər çərçivəsində elm, texnologiya və innovasiya sahələrində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb. 

Bununla yanaşı, nazir müavini səfər çərçivəsində aparıcı süni intellekt mərkəzlərindən biri hesab olunan Decart Süni İntellekt Laboratoriyasının fəaliyyəti və texniki infrastrukturu ilə yaxından tanış olub. Qeyd edək ki, sözügedən laboratoriya generativ video və multimodal süni intellekt modellərinin hazırlanması sahəsində yüksək performanslı və qabaqcıl texnoloji həllər üzərində çalışır.

 

Seçilən
11
azedu.az

1Mənbələr