AZ

Ronaldo “Əl-Nəsr”dəki durumdan narazıdır – müqaviləni pozmağı düşünə bilər

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı mövcud vəziyyətdən narazıdır və müqaviləsini pozmaq ehtimalını nəzərdən keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Ronaldo klubdakı təsir gücünün azaldığını düşünür. Futbolçu hesab edir ki, artıq əsas qərarların verilməsində onun fikri əvvəlki kimi nəzərə alınmır.

Daha əvvəl də Ronaldonun Səudiyyə klubu ilə özünü xoşbəxt hiss etmədiyi bildirilmişdi. 40 yaşlı ulduz futbolçu 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, “Transfermarkt” portalı vaxtilə “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq”də çıxış etmiş hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Seçilən
76
idmanxeber.az

1Mənbələr