AZ

Epşteynin ölümündən sonra çəkilmiş FOTOLARI üzə çıxdı: Müəmma...

Seksual xarakterli cinayətlərə görə məhkum olunmuş qalmaqallı sabiq maliyyəçi Cefri Epşteynlə bağlı ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan yeni sənədlər və fotolar onun ölümü ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yeni dərc olunmuş yarılma və cinayət yeri fotolarında Epşteynin boynunun ortasında dərin, qanlı bir yara aydın şəkildə görünür. 

Məhkəmə ekspertizasının rəyləri bu yaranı "asılma ilə əlaqəli  boğulma" kimi qiymətləndirib. Bəzi ekspertlər isə görüntülərin boğulma hallarında nadir hyoid sümüyü (dilaltı sümüyü) sınığından qaynaqlandığını bildirir.

Fotolarda həmçinin Epşteynin gözləri ətrafında yırtılmış kapilyarlar və boynunda çoxsaylı qançırlar görünür.

“Epşteyn işi”nə daxil edilmiş təxminən 90 cinayət yeri fotosu, Epşteynin 2019-cu ildə ölüm gecəsi Metropolitan İslah Mərkəzindəki (MCC) kamerasının vəziyyətini göstərir. Görüntülərdə cırılmış və əzilmiş yataq dəsti, kamera döşəməsində çoxsaylı reseptli dərman qutuları və səpələnmiş elektrik naqilləri gözə çarpır.

Yeni yayımlanan bu fotolar Epşteynin ölümünün intihar, yoxsa başqa bir ssenari olub-olmadığı ilə bağlı müzakirələri yenidən alovlandırıb. Bu dəlillər onun ölümünə dair şübhələri artırıb.

Billurə

Seçilən
104
38
olke.az

10Mənbələr