AZ

"Arsenal"ın oyunu təxirə salınacaq - SƏBƏB

London "Arsenal"ının İngiltərə Premyer Liqasındakı (İPL) oyunlarından biri təxirə salınacaq.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb "topçular"ın İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanmasıdır. 

İPL-in 31-ci turunda keçirilməli olan "Vulverhempton" - "Arsenal" qarşılaşması nəzərdə tutulduğu kimi martın 21-də baş tutmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final görüşü reallaşacaq.

London təmsilçisinin finaldakı rəqibi bu gün bəlli olacaq. "Mançester Siti" - "Nyukasl" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Yarımfinalın ilk oyununda "şəhərlilər" qalib gəlib - 2:0.

Seçilən
24
fanat.az

1Mənbələr