AZ

''Qalatasaray''ın yeni transferi Konte ilə problem yaşadığını etiraf etdi

''Qalatasaray''ın yeni transferi Noa Lanq ESPN kanalına diqqətçəkən acıqlamalar verib.

Xatırladaq ki, ''Napoli'' mövsümün əvvəlində bu futbolçuya görə 25 milyon avro ödəmişdi. Amma niderlandlı vinger cəmi 6 ay sonra sürpriz şəkildə ''Qalatasaray''a gəldi. O, mövsümün sonuna qədər icarə əsasında Türkiyədə oynayacaq. Lanq İtaliya karyerasının uğursuz alınmasına görə neapolluların çalışdırıcısı Antonio Konteni günahlandırıb:
''Vəziyyəti sizə normal şəkildə necə izah edəcəyimi bilmirəm... Sadəcə baş məşqçi ilə anlaşa bilmədik. Bu söz kifayətdi. Bilirəm ki, Niderlandda hər şeyi mənim boynuma atırlar. Əsas günahkar mən olduğumu düşünürlər. Amma bir gün həqiqət üzə çıxacaq. İndi müqaviləm olan kluba böyük hörmətim var. Demək olar, hər kəslə aram yaxşıdı. Bu siyasi addımlar mənə uyğun deyil. Düzünü desəm, bu transfer bir qədər çox zaman aldı. ''Qalatasaray'' təklif irəli sürmüşdü və cavab gözləyirdi. Amma mən yeni gəldiyim klubdan yarım mövsüm sonra ayrılmaq istəyən oyunçulardan deyiləm. Klubda 10 nəfərdən 9-u da mənim ayrılmağımı istəmirdi. Hər gün məşqdə üzərimdə çox çalışırdım. Amma hər dəfə şans qazandığım anlarda pis oynadığımı, insanların mənim haqqımda pis danışdıqlarını eşidirdim. Mən bu fikirlərlə qətiyyən razı deyildim. Öz oyun tərzim var və buna uyğun da normal futbol sərgiləyirdim. Ən azı mən bu cür düşünürdüm. ''Napoli''də olduğum müddətdə bir gün də olsun özümə qarşı ədalətli münasibət hiss etmədim. Bu hissi heç bir anda yaşamadım. İlk vaxtlar mübarizə aparmaqda və klubda qalmaqda qərarlı idim. Amma itiriləsi vaxtım yox idi. Yayda dünya çempionatı var. Seçim edərkən də məhz bu amili nəzərə aldım''.
Seçilən
50
1
football-plus.az

2Mənbələr