AZ

Bill Qeyts: Epşteynlə görüşlərim səhv addım idi

“Microsoft”un sahibi Bill Qeyts adı pedofillik və təcavüz cinayətlərində hallanan maliyyəçi Cefri Epşteynlə əlaqələri ilə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, o bu görüşlərini "səhv addım" adlandırıb.

Qeyts bildirib ki, Epşteynlə ilk dəfə 2011-ci ildə tanış olub və sonrakı 3 ildə onunla bir neçə dəfə şam yeməyində iştirak edib.

“Microsoft” sahibinin sözlərinə görə, həmin görüşlərin əsas mövzusu Epşteynin varlı şəxslərlə geniş əlaqələrə malik olması və onları qlobal səhiyyə layihələrinə maliyyə ayırmağa cəlb edə biləcəyi iddiaları olub. Lakin Qeyts sonradan bu əməkdaşlıq cəhdinin nəticəsiz qaldığını vurğulayıb.

Milyarder Epşteynlə vaxt keçirməsini səhv addım kimi qiymətləndirərək bununla bağlı daha əvvəl də peşmanlığını ifadə etdiyini bildirib.

Xatırladaq ki, Epşteyn azyaşlıların istismarı ilə bağlı ittihamlar fonunda qalmaqallı fiqur kimi tanınır və onunla əlaqələri üzə çıxan bir sıra nüfuzlu şəxslər ittiham obyekti olub. Onun 2019-cu ildə həbsdə ikən, saxlanıldığı kamerada özünü asaraq intihar etdiyi açıqlanmışdı. 


Telegram kanalımız
Seçilən
143
1
yenisabah.az

2Mənbələr