AZ

Uşakov: ABŞ Rusiyanın START üzrə məhdudiyyətləri uzatmaq təklifinə cavab verməyib

Moskva Vaşinqtondan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (START) üzrə məhdudiyyətlərin uzadılması təklifinə hələ də cavab almayıb.

"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Çin lideri Si Cinpin arasında baş tutan telefon danışığının yekunlarına dair brifinqdə bildirib.

"Fevralın 5-də Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin qüvvədə olma müddəti başa çatır. Bilirsiniz ki, biz amerikalılara 2025-ci il sentyabrın 22-də mərkəzi kəmiyyət limitlərini könüllü bir il müddətinə uzatmağı təklif etdik. Lakin amerikalılardan rəsmi cavab hələ də gəlməyib", - Uşakov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Rusiya strateji sabitliyin təmin olunması üzrə danışıqların aparılmasına açıq qalır.

Seçilən
33
far.az

1Mənbələr