AZ

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

 

Sonra “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

 

Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Tarix: 4 Fevral 2026, 17:34   
Seçilən
54
45
pravda.az

10Mənbələr