"Mingəçevir" daha bir futbolçunu heyətinə cəlb edib.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Nurlan Novruzovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Son olaraq "Şəki"də oynayan 32 yaşlı hücumçu karyerası ərzində “Bakı”, “Sumqayıt”, Səbail”də, Türkiyədə “Şanlıurfa” və “Dersim 62 Spor”da, Moldovada “Dinamo-Auto”da, Estoniyada "Narva Trans"da, Nepalda "Lalitpur Siti"də, Litvada "Jonava"da çıxış edib.
"Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyubov və Şahmar Aşurovu da transfer edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta