AZ

İran və Rusiya aviaşirkətləri İrəvana uçuşları ləğv etdilər

İrəvanın Zvartnots Beynəlxalq Hava Limanındakı onlayn məlumat lövhəsi bu gün Soçi və Tehrandan iki reysin ləğv olunduğunu elan edib.

İran paytaxtından uçuşu İranın “Flysepehran” aviaşirkəti həyata keçirməli idi; onun təyyarəsi hava limanına yerli vaxtla saat 13:35-də enməli idi, lakin naməlum səbəblərdən ləğv edilib, – “Sputnik Armenia” xəbər verir.

Rusiyanın “Azimuth” aviaşirkəti tərəfindən həyata keçirilməli olan Soçidən uçuş da eyni şəkildə baş tutmayıb; təyyarənin yerli vaxtla saat 14:45-də enməsi gözlənilirdi. Aeroportun mətbuat xidməti ləğv etmələrin səbəblərini izah edə bilməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr