AZ

Fransa Silahlı Qüvvələri 2026-cı ildə rekord həcmdə silah sifarişi verəcək

Bakı. Trend:

Fransa Silahlı Qüvvələri 2026-cı ildə ümumi dəyəri 42 milyardavro olan silah sifarişləri verməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Fransa Silahlanma üzrə Baş İdarəsinin (DGA)rəhbəri Patrik Payu planlaşdırılan sifarişlərin miqyasına diqqətçəkərək bildirib: “Biz heç vaxt bu qədər sifariş verməmişik”.

BFMTV-nin qeyd etdiyi kimi, əsas sifarişlər sursatlara, xüsusiləMeteor və AASM raketlərinə, eləcə də Griffon, Serval və Jaguartipli zirehli maşınlara aid olacaq. Bundan başqa, orta müddətliperspektivdə yeni freqat üçün sifarişlərin verilməsi və Rafaleqırıcılarının modernləşdirilməsi ilə bağlı müqavilələrin bağlanmasınəzərdə tutulur.

Telekanal əlavə edir ki, 2025-ci il üçün ən iri sifarişlərsırasında yeni nəsil təyyarədaşıyan gəmi (PANG) layihəsi üzrəişlərin başlanması, həmçinin sualtı qayıqlarda yerləşdirilən M51ballistik raketlərinin modernləşdirilməsi proqramı yer alır.

Seçilən
44
1
az.trend.az

2Mənbələr