AZ

“Veysəl gəncdi, çılğındı, səhvini də başa düşmüşdü” – bıçaqlanmaya Tovuzdan reaksiya

Ötən gün səhər saatlarında “Kəpəz”in futbolçusu Veysəl Rzayevin Gəncədə bıçaqlanmasından xəbərdarsız.

Veysəl “Kəpəz”ə ötən ay transfer olundu. Onun son klubu “Turan Tovuz” idi. Ötən mövsüm “ASCO Arena”da “Səbail”lə oyundan sonra tovuzlu azarkeşlərlə münaqişə yaşayan Veysəl haqda “Turan Tovuz” azarkeşləri nə düşünür.

Bu suala “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev cavab verdi:
“Allah Veysələ kömək olsun, şəfa versin. Bizlə olan haqq-hesabdan sonra barışmışdıq. Veysəl gəncdi, çılğındı, səhvini də başa düşmüşdü. Veysəli yaxşı futbolçu, yaxşı insan kimi tanıyırıq. Eşidəndə çox pis olduq. İnşallah, tez sağalsın, qısa zamanda bərpa olunsun”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
66
1
football-plus.az

2Mənbələr