AZ

İkardidən tarixi nailiyyət - Hacinin rekordu qırıldı

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın futbolçusu Mauro İkardi klub tarixinin ən yaxşı göstəricisinə imza atıb.

QOL.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə kubokunun 3-cü turunda "İstanbulspor"la görüşdə (3:1) fərqlənməklə nail olub. 

İkardi "Qalatasaray"ın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu "Qalatasaray"ın əfsanələrindən olan George Hacinin rekordunu qıraraq "Qalatasaray" tarixində ən çox qol vuran legioner olub.

Haci İstanbul təmsilçisi üçün 72 dəfə fərqlənib.

“Cim-Bom”dakı dördüncü mövsümünü keçirən İkardi 73 qol göstəricisinə 118 matçda çatıb. 

Seçilən
67
2
teleqraf.com

5Mənbələr