AZ

Millimiz Gürcüstanla iki dəfə qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.

Seçilən
25
1
sportinfo.az

10Mənbələr