AZ

Fransada partlamamış sursata görə gəmilərin hərəkəti dayandırılıb

Bakı, 5 fevral, AZƏRTAC

Fransanın Nitsa şəhəri yaxınlığındakı sularda 4 ədəd mərmi aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, 81 millimetrlik mərmilər bir-birindən aralı ərazilərdə tapılıb.

Hadisə yerinə minatəmizləyən dalğıclar cəlb edilib. Təhlükəsizlik məqsədi ilə yaxın ərazilərdə bütün növ gəmilərin hərəkəti qadağan edilib. Sursatların zərərsizləşdirilməsi səhər saatlarında həyata keçiriləcək.

Seçilən
77
2
azertag.az

3Mənbələr