AZ

Gündəlik içilən hansı içkidə kofein daha çoxdur? – Mütəxəssislər açıqladı

Bir çox insan günə enerji ilə başlamaq üçün kofeinli içkilərə üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik istifadə etdiyimiz içkilər arasında kofein miqdarı ciddi fərqlənir və bu fərq sağlamlığa birbaşa təsir göstərə bilər.

Day.Az Medialoq.az -a istinadən xəbər verir ki, araşdırmalara görə, ən yüksək kofein tərkibli gündəlik içkilərdən biri filtr qəhvədir. Orta ölçülü bir fincan filtr qəhvədə təxminən 90-120 mq kofein mövcuddur. Bu göstərici orqanizmdə sürətli ayıqlıq və enerji yaratsa da, həddindən artıq qəbul əsəbilik və ürək döyüntülərinə səbəb ola bilər.

Enerji içkiləri də yüksək kofein mənbəyi hesab olunur. Bir banka enerji içkisində orta hesabla 80-150 mq kofein olur. Mütəxəssislər xüsusilə gənclər arasında bu içkilərin tez-tez istifadəsinin riskli olduğunu bildirirlər.

Geniş yayılmış içkilərdən olan qara çay isə bir fincanda təxminən 40-60 mq kofein ehtiva edir. Yaşıl çayda bu göstərici daha aşağıdır və 20-40 mq arasında dəyişir. Cola tipli qazlı içkilərdə isə kofein miqdarı adətən 30-40 mq civarındadır.

Mütəxəssislər qeyd edirlər ki, sağlam yetkin insanlar üçün gündəlik 400 mq-dan artıq kofein qəbulu təhlükəli hesab olunur. Bu həddin aşılması yuxusuzluq, təzyiq artımı, narahatlıq və mədə problemlərinə səbəb ola bilər.

Seçilən
88
day.az

1Mənbələr