AZ

"İnter" azarkeşləri növbəti üç səfər oyununa gedə bilməyəcəklər

İtaliya çempionatında səfər oyunu zamanı "Kremonese"nin qapıçısı Emilya Auderoya fişəng atılması ilə bağlı hadisədən sonra İtaliya vitse-çempionu "İnter"in azarkeşləri komandalarının A Seriyasındakı növbəti üç səfər oyununa gedə bilməyəcəklər.

Ölkə.az xəbər verir ki, hadisə nəticəsində Audero ayağından zədələnib və sağ qulağında eşitmə itkisi yaşayıb.

Bu qərarı İtaliya Daxili İşlər Nazirliyi verib. Məlumata görə, qadağa 2026-cı il martın 23-nə qədər qüvvədədir və "İnter" və "Milan" arasında keçiriləcək derbiyə (8 mart) şamil edilməyəcək.

"İnter" azarkeşləri "Sassuolo", "Lecce" və "Fiorentina" ilə səfər oyunlarına qatıla bilməyəcəklər.(lent.az)

Seçilən
59
2
olke.az

3Mənbələr