AZ

Azərbaycan və BƏƏ xarici işlər nazirləri Əbu-Dabidə görüşüblər

Bakı. Trend:

4 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş ƏrəbƏmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan iləgörüş keçirib.

Trend xəbər verirki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

Görüş zamanı Azərbaycan–BƏƏ hərtərəfli strateji tərəfdaşlığınınsiyasi, iqtisadi, ticarət, energetika və humanitar aspektləri,həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqməsələləri, eləcə də bölgədə mövcud təhlükəsizlik vəziyyətimüzakirə olunub.

Tərəflər hər iki ölkənin dövlət başçılarının qarşılıqlısəfərlərinin, bu səfərlər çərçivəsində əldə olunan razılaşmalarınvə imzalanmış sənədlərin ikitərəfli münasibətlərin hərtərəflistrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynadığınıvurğulayıblar.

Ötən ilin noyabr ayında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrəƏməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmişrazılaşmaların icrası nəzərdən keçirilib, bu il Bakıda keçirilməsiplanlaşdırılan ikinci iclasa hazırlıq işləri məmnunluqla qeydolunub.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlıdəstəyin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin 8 avqust Vaşinqton sammitindənsonra sülh gündəliyi ilə bağlı qarşı tərəfə məlumat verib.

Görüşdə Azərbaycanla BƏƏ arasında münasibətlərdə müşahidə olunanmüsbət dinamika yüksək qiymətləndirilib, o cümlədən iki ölkəvətəndaşlarının səfərlərinin daha da asanlaşdırılması istiqamətindəmümkün addımlar müzakirə olunub.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparıblar.

Seçilən
69
29
az.trend.az

10Mənbələr