
Rusiya və ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) müddətinin uzadılmaması qeyri-müəyyənlik yaradır və nüvə münaqişəsi risklərini artırır.
AFN.az xəbər verir ki, bu barədə "China Daily" qəzetinin redaksiya məqaləsində bildirilib.
Məqalədə qeyd olunur ki, yeni bir saziş çərçivəsi olmadan hər iki tərəfin strateji planlaşdırması böyük ehtimalla ən pis ssenarilərə və təxminlərə əsaslanacaq ki, bu da nüvə qarşıdurması təhlükəsini gücləndirir. "China Daily" vurğulayır ki, ABŞ silahların yayılmaması sahəsində xüsusi məsuliyyət daşıyır və Rusiyanın müqaviləni bir il müddətinə uzatmaq təklifinə cavab verməli, yaxud nüvə çəkindirmə rejiminə xidmət edəcək yeni bir saziş üzərində konstruktiv dialoqa başlamalıdır.
Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sentyabrında bəyan etmişdi ki, Moskva müqavilənin müddəti bitdikdən sonra daha bir il ərzində kəmiyyət məhdudiyyətlərinə əməl etməyə hazırdır, lakin bu, yalnız Vaşinqtonun analoji addım atacağı təqdirdə mümkündür. ABŞ Prezidenti Donald Tramp ötən ilin oktyabrında bu təklifi "yaxşı ideya" adlandırsa da, praktikada heç bir addım atılmayıb.
Fevralın 5-də DSNV müqaviləsinin müddəti rəsmən başa çatıb.