AZ

Küləkli hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə 5 nəfər təcili yardıma müraciət edib

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış qeydə alınıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
109
48
far.az

10Mənbələr