Bu gün Azərbaycan kubokunun 1/4 finalında "Şamaxı" - "Qarabağ" matçının keçirilməsi nəzərdə tutulub. Gecə saatlarından Şamaxıya yağan qar isə matçın baş tutub-tutmayacağı ilə bağlı suallar yaradıb.
"Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov QOL.az-a açaıqlamasında bildirib ki, hazırda meydança qardan təmizlənir və saat 14:30-a nəzərdə tutulan görüşün baş tutmasında problem olmayacaq:
"Bəli, gecədən səhərə qədər qar yağıb. Meydança tamamilə qar örtüyünə bürünmüşdü. Amma bu gün səhər tezdən təmizləmə işlərinə başlanılıb. Oyuna qədər meydança tam hazır vəziyyətə gətiriləcək".