AZ

Bir gündə 62 cinayət şübhəlisi tutuldu



Fevralın 4-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında deyilir. Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

ZÜMRÜD

Seçilən
323
50
baki-xeber.com

10Mənbələr