Vaxtilə İngiltərə Premyer Liqasında “Çelsi” klubunun formasını geyinmiş müdafiəçi Kurt Zumanın karyerasını Çin çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumata görə, 31 yaşlı futbolçu Çin təmsilçisi “Şandun Tayşan”a keçməyə yaxındır. Tərəflərin 1 illik müqavilə imzalayacağı, sənəddə əlavə bir mövsüm uzadılma bəndinin də yer alacağı bildirilir.
Təcrübəli müdafiəçinin son klubu Rumıniyanın ÇFR komandası olub. Zuma ötən mövsüm bu klubun heyətində cəmi 3 oyunda meydana çıxıb və həmin qarşılaşmalarda 2 sarı vərəqə ilə cəzalanıb.
Hazırda azad agent statusunda olan fransalının bazar dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.