AZ

ABŞ İranla danışıqlardan geri çəkilməmək qərarı verib görüş cümə günü keçiriləcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran və ABŞ arasında danışıqlar, pozulmaq üzrə olmasına baxmayaraq, tərəflərin əvvəlcədən razılaşdırılmış çərçivəyə qayıtması ilə keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirib ki, ABŞ və İsrail “nəticədə danışıqların əvvəlki çərçivəsini qəbul edib”, Tehran isə sərt mövqeyini qoruyub saxlayıb.

İranın xarici işlər naziri Abbas Ərakçi açıqlayıb ki, görüş cümə günü Oman şəhərində keçiriləcək və saat 10:00-da başlayacaq. O, danışıqların təşkili üçün Oman hökumətinə təşəkkürünü bildirib və onların dialoqu qorumaqdakı rolunu vurğulayıb.

Daha əvvəl xəbər verilmişdi ki, görüş gündəliyinə görə fikir ayrılıqları səbəbindən ləğv edilə bilərdi: İran yalnız nüvə proqramı məsələsinin müzakirəsini tələb edirdi, ABŞ isə əlavə mövzuların daxil edilməsini istəmişdi. Buna baxmayaraq, Ağ Evin nümayəndəsi "The Times of Israel" qəzetinə təsdiqləyib ki, nüvə danışıqları Maskatda keçiriləcək.

"Axios" portalının məlumatına görə, azı doqquz ərəb lideri Vaşinqtonu danışıqlar prosesindən geri çəkilməməyə inandırmağa çalışıb. Eyni zamanda, ABŞ rəsmiləri görüşün perspektivlərinə skeptik yanaşdıqlarını bildirir, lakin tərəfdaşların təkidli tələblərinə cavab olaraq buna razılıq veriblər.

Bu gərginlik fonunda ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneyini “çox narahat olmalı” olduğunu bildirərək danışıqlar ətrafındakı gərginliyi və tərəflər arasındakı mövcud fikir ayrılıqlarını şərh edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr