"Qalatasaray"ın kapitanı Mauro İkardi klub tarixinə düşüb.
Apasport.az xəbər verir ki, hücumçu buna ötən gün keçirilən "İstanbulspor"la matçda nail olub.
Argentinalı forvard oyunda fərqlənərək rekordçu adına yiyələnib.
O, komandanın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. İkardi bununla da Georgi Haciyə məxsus rekordu geridə qoyub.
Mauro artıq "Qalatasaray" tarixin ən çox qol vuran legioner futbolçusudur. O, 112 qarşılaşmada 73 qola imza atıb.
Qeyd edək ki, görüş "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Cənubi Koreya millisinin üzvü “Beşiktaş”da - RƏSMİ
Türkiyə Kuboku: “Qalatasaray”dan inamlı qələbə
"Bəzi çiçəklər bəzi torpaqlarda yetişmir" - Super Liqada ayrılıq
Portuqaliya millisinin üzvü daha 3 il “Əl-Hilal”da
Kantenin “Fənərbaxça”da qazanacağı məbləğ bəlli oldu