AZ

Konqresmenlər Yeni START müqaviləsinin uzadılmasını istəmir

Bəzi respublikaçı qanunvericilər ABŞ prezidenti Donald Trampı Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsinin (START) uzadılması təklifini nəzərdən keçirməməyə gizli şəkildə çağırıblar...

Poliqon xəbər verir ki, Bloomberg bu barədə bir mənbəyə istinadən məlumat yayıb.

Yeni START-in müddəti 5 fevralda başa çatıb.

Bloomberg mənbəsi izah edib ki, Tramp START-in uzadılmasının Rusiyanı çəkindirmədən ABŞ hərbi imkanlarını məhdudlaşdıracağı riski barədə xəbərdarlıq edilib. 3 fevralda Senatda keçirilən dinləmədə ABŞ Strateji Komandanlığının keçmiş komandiri Çarlz Riçard START-in uzadılmasının ABŞ-ın Çinin sürətli hərbi quruculuğunun yaratdığı çətinliyi həll etmək qabiliyyətinə mane olacağını söyləyib.

Sentyabr ayında Rusiya prezidenti Vladimir Putin ABŞ eyni öhdəlikləri qəbul edərsə, Yeni START-in kəmiyyət limitlərini ən azı bir il uzadılmasını təklif edib. Donald Tramp bunu "yaxşı fikir" adlandırıb, lakin konkret cavab verməyib. Yanvar ayında o, "daha yaxşı bir razılaşma" əldə edilə biləcəyini söyləyib.

Poliqon.info

Seçilən
77
poliqon.info

1Mənbələr