AZ

2025-ci il üzrə ən fəal İctimai Şuranın müəyyənləşdirilməsi məqsədilə onlayn sorğu keçirilir

Vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində rolunun gücləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın təşviqi məqsədilə “2025-ci il üzrə ən fəal İctimai Şura hansıdır?” mövzusunda onlayn sorğuya start verilib.

QHT.az xəbər verir ki, sorğu “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən keçirilir və ictimaishura.az platforması üzərindən İctimai Şura (Public Council) brendi çərçivəsində təşkil olunub.

Sorğu çərçivəsində müxtəlif nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən İctimai Şuraların fəaliyyəti ictimai rəy əsasında qiymətləndirilir. Respondentlər təqdim olunan siyahıdan 2025-ci il ərzində daha fəal, açıq və effektiv fəaliyyət göstərdiyini düşündükləri İctimai Şuranı seçə bilərlər.

Sorğu 05–15 fevral 2026-cı il tarixlərini əhatə edir və ictimai rəyin öyrənilməsi məqsədi daşıyır. İştirak tamamilə onlayn şəkildə həyata keçirilir və hər bir vətəndaş üçün açıqdır.

Qeyd edək ki, sorğunun əsas məqsədi İctimai Şuraların fəaliyyətinin qiymətləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin dövlət–vətəndaş dialoqunun gücləndirilməsidir.

Sorğuda iştirak etmək üçün keçid:

https://ictimaishura.az/surveys/az

Seçilən
99
qht.az

1Mənbələr