AZ

ABŞ TRIPP layihəsi üçün ərazinin tədqiqat işlərinə başlayıb

ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu tərəfindən ezam edilmiş Amerika mühəndis-konsaltinq şirkəti AECOM-un nümayəndə heyəti TRIPP layihəsi üçün ərazinin tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana səfər edib.

"Armenpress"in məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi bildirib. "Bu işə Ermənistanda uzunmüddətli iqtisadi artıma, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturun yaradılması üçün texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxil olacaq", - məlumatda deyilir.

Yanvarın 14-də Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində birgə bəyannamə dərc ediblər.

Almaz Həsənli

Seçilən
19
oxumeni.az

1Mənbələr