AZ

Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA

"Ola bilər ki, deputatlar müəyyən sayda artırılsın. Bilirsiz ki, əhalinin sayı artıb. Bizim deputatların sayı Ermənistan və Gürcüstandan azdır. Əhalimiz isə onlardan qat-qat çoxdur".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

"Əvvəllər bir deputata təxminən 35 min seçici düşürdüsə, indi bu say 45-50 mindir. Bununla əlaqədar məsələyə baxıla bilər. Amma bununla bağlı hələki qərar yoxdur", - deyə deputat bildirib.

Anar Kəlbiyev
 

Seçilən
57
1
unikal.az

2Mənbələr