AZ

Almaniyada aeroport əlverişsiz hava şəraiti səbəbindən fəaliyyətini dayandırıb

Almaniyada "Berlin-Brandenburq" hava limanı buzlu yağış səbəbindən qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Der Tagesspiegel" nəşri Berlin hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hava şəraiti səbəbindən təyyarələrin donunun açılması mümkün deyil, lakin hələlik bu, yalnız uçuşlara aiddir. Təyyarələr hava limanına enməyə davam edir.

Almaniyanın Meteorologiya Xidməti ölkə paytaxtında əlverişsiz hava şəraitinin yüksək riski barədə xəbərdarlıq edir.

Seçilən
6
far.az

1Mənbələr