AZ

Sahib Məmmədov: Uşaq hüquqları ilə bağlı yeni qanun beynəlxalq standartlara uyğundur

Uşaqların üstün və ümdə mənafeləri ilə bağlı anlayışlar Uşaq hüquqları haqqında Konvensiyada öz əksini tapıb və Azərbaycan bu Konvensiyaya tərəfdar çıxıb. Bildiyiniz kimi, Konvensiyanın üçüncü maddəsində qeyd olunur ki, uşaqlarla bağlı bütün tədbirlərdə əsas diqqət onların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir.

Bu fikirləri Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət və ya özəl qurumlar tərəfindən görülsün, istərsə də məhkəmələr və inzibati orqanlar tərəfindən həyata keçirilsin, bütün hallarda Konvensiyanın tələblərinə uyğun olmalıdır:

"Hazırda Azərbaycanda uşaq hüquqları haqqında qanun yeni redaksiyada hazırlanıb və həmin qanunda da bu anlayışlara aydınlıq gətirilib. Belə ki, həm bu qanuna, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara əsasən, uşağın rifahı, təhlükəsizliyi və sağlam inkişafı ilə bağlı mənafelər onun əsas — üçlü mənafeləri hesab olunur".

 

Pərvanə Fərhadqızı

Seçilən
78
qht.az

1Mənbələr