Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Bir neçə il əvvəl “Epşteyn işi” gündəmə gəlsə də, sonradan bu məsələ yatızdırılmışdı.
Ancaq indi bunun daha geniş vüsət alması ortaya suallar da çıxardır.
Bu, doğrudan da
Ümumiyyətlə, maraqlıdır, prosesin sonu hara gedir? Niyə birdən-birə daha da alovlandı?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, bu kimi məsələlər əvvəlcədən bəlli olur:
“Amerika kimi dövlətdə kimsə özünü xəbərsiz saya bilməz. Siyasi mətbəxdə də bununla bağlı məlumatlar var. Hətta kriminal fəaliyyətlə bağlı da. Bu cür hadisələrin məhkəməyə qədər gəlib çıxması bir çox hallarda siyasi məqsədə uyğundur. İndi də burada müxtəlif siyasətçilər aid ola biləcək faktlar olduğuna görə indi aktuallaşdırıblar. Medianın öz siyasəti var. Hər biri də hansısa siyasi qüvvələrin əlində vasitə kimi istifadə olunur. Trampın da əleyhidarları var və müəyyən dərəcədə onun adının bu işə bağlanmasına çalışan adamlar var. Lap ola bilsin ki, bu bağlılığın özündə də müəyyən həqiqətlər tapıla bilər. Demək istədiyim odur ki, bu mütləq siyasi məqsədir. Daha burada nə uşaq haqqı, nə cinsi istismara qarşı hərəkət yoxdur. Dediyim kimi, siyasi məqsədlə irəli sürülür və onun da konkret hədəfi olur. Bu dəqiqə bunun səs-küylü olmasının səbəbi bunu təşkil edən hazırlıqlı sistemin olmasıdır. Bu da ya kiminsə başını yeyəcək, ya da fəaliyyətinə kölgə salacaq, məhdudlaşdıracaq mahiyyətdədir. Hesab edirəm ki, bu məsələyə hansısa bir insan hüquqlarının qorunması niyyəti ilə baxmaq doğru deyil”, – deyə deputat qeyd edib.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.