AZ

Yamal Messi ilə müqayisələrdən bezib

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Yamal Messi ilə müqayisələrdən bezib

"Barselona"nın futbolçusu Lamin Yamal medianın lazımsız diqqətindən və Lionel Messi ilə daimi müqayisələrdən qaçmağa çalışır.

QOL.az xəbər verir ki, bu haqda "Diario Sport" məlumat yayıb.

18 yaşlı hücumçu uzun müddətdir ki, "yeni Messi" adlandırılır. Lakin bu cür söhbətlər onu getdikcə daha çox qıcıqlandırır.

İspaniyalı oyunçu mart ayında Argentinaya qarşı keçiriləcək matçdan əvvəl jurnalistlərdən uzaq durmaq niyyətindədir. O, Messi ilə qarşıdakı görüşü barədə bir daha soruşulmasını istəmir və bu, iki oyunçunun müqayisəsi mövzusunu daha da hərarətləndirir.

Avropa və Cənubi Amerikanın hazırkı çempionları arasında duel martın 27-nə planlaşdırılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
1
qol.az

2Mənbələr