AZ

Müqəddəs imperatorun eksperimenti, Qum orgiyası, bəça bazi lər və... Epşteyn faylları

ain.az, Bizimyol saytına istinadən bildirir.

Vəzifəsinin adına baxın: Müqəddəs Roma İmperatorluğunun imperatoru.

Müqəddəs ha!

Söhbət II Fridrix Hohenstaufendən gedir. Tarix onun elmə, kitaba çox maraq göstərdiyini yazır. "Kitab yüklü ulaq" tarixdə məgər az görülüb! Savadlı cəlladları deyirəm; kitab oxuya-oxuya baş kəsirdi. Xəlifə Harun ər-Rəşidin əmri ilə Azərbaycanda uşaqları (hətta körpələri!) belə qılıncdan keçirirdi ərəb ordusu. Özü isə Aristoteli, Platonu oxuyub yatırdı. Özü də çoxlu əcnəbi dil bilirdi.

Körpələr demişkən, II Fridrix yeni dünyaya gəlmiş 6 günahsızın üzərində ölümcül eksperiment aparmışdı. 6 körpəni ata-anasından ayırıb, qapalı körpələr evinə yerləşdirmişdi. Bu körpələrə baxanlara tapşırmışdı ki, onlara yaxşı qulluq etsinlər, yeməyini, işməyini vaxtlı-vaxtında yedirsinlər, təmiz saxlasınlar, soyuqdan, qəzadan-bəladan qorusunlar.

Hə, indi deyəcəksiniz ki, bunun harası ölümcül eksperiment oldu?!

Haqlısınız. Mən də əvvəldə belə düşünmüşdüm. Sonrası dəhşətdir! İmperatorun əmrinə əsasən dayələr körpələrə hər cür qayğı göstərsə də, elə həmin əmrlə bu bişarələrlə bir kəlmə də kəsmirdilər. Körplərlə ünsiyyət - onların yanında danışmaq, onları danışdırmaq qadağan edilmişdi. İmperator bilmık istəmişdi ki, ünsiyyətdən mıhrum olan körpələr dil aça biləcəklərmi? Dil açsalar, bu, hansı dil olacaq?!

Eksperimentin nəticə nə oldu?!

Ölümcül.

Hər cür qayğı ilə əhatə olunmuş həmin o körpələr zamanla inkişafdan qaldı, zəiflədi, hamısı bir nəfər kimi tələf oldu. Sən demə, körpəyə yeməkdən, içməkdən - qidadan, sudan çox ünsiyyət lazım imiş! Onlar ünsiyyət çatışmazlığından tələf olmuşdular.

Təsəvvür edin: "Müqəddəs" Roma İmperatoru II Fridrixin bu eksperimenti körpələrə və uşaqlara qarşı ən "günahsız" işgəncədir. Betərin betəri varmış!

Bu günlər "Ceffri Elşteyn faylları" sanki soyuq duş effekti yaradıb. Hamı açıqlanan fayllardan oxuduqlarına təəccüblənir. Mən də bu təəccüblənənlərə təəccüblənirəm. Elə bil belə iyrənc hadisələr haqqında birinci dəfə eşidirlər, ya oxuyurlar. Gözəl Azərbaycanlılar elə bil Mirzə Cəlilin "Ölülər"indən xəbətsizdirlər. Hər gecə bir azyaşlı qızı özünə siğə eləyib, yatağına salan "Şeyx Nəsrullah"ı dramaturq özündən uydurmuşdu? Yox! Gördüklərini (bəlkə də bir qismini) ümumiləşdirib yazmışdı. "Şeyx Nəsrullah" da İran qaranlığının məhsulu idi; gəlib avam, cahil camaatı aldadıb, varını, yoxunu alırdı. Üstəlik var-yoxunu da alırdı...

İran dedim, yadıma düşdü: bir neçə il əvvəl Bakıətrafı qəsəbələrindən birindən İrana dini təhsil almağa getmiş qızlardan biri adını gizli saxlamaq şərtilə açıqlama vermişdi: məktəbi bitirəndə bu qızı (eləcə də, bütün məzun qızları) Quma aparırlar, oranın dini rəhbərinin evində məclis qurulur. Yüksək rütbəli mollalar məzun qızları məclisdə oynadıb əylənirlər, yeyirlər-içirlər-çəkirlər, sonra da gecə hərəsi birini özünə siğə edib, otağına aparır... Bu, əslində məktəblə deyil, o qızların öz bəkarəti ilə vida ziyafəti imiş. Hadisəni danışan qızın ismətinə toxunan isə Qumun imam-cüməsi (cümə imamı) olan ayətüllahmış. Ən gözəlini özünə seçib.

Burda - yaşadığı qəsəbədə, ya Bakı şəhərində hansısa yerli cavan oğlan o qıza baxsaydı, ya bir kəlmə kəssəydi: "Gəl, tanış olaq" desəydi, qızın atası, qardaşı, ya başqa bir kişi yaxını oğlanı bıçaqlayıb, gedib "içəridə oturar", namus üstündə adam öldürməsi ilə qürrələnərdi. Ancaq özləri öz əlləri ilə öz qız övladını şərəfsiz fars mollasına peşkəş ediblər, heç tükləri də tərpənməyib.

Bu hadisə keçmişdə deyil, günümüzdə baş verir. Buna qədər o qədər belə hadisələr yaşanıb ki! Həmin Amerikada, Böyük Britaniyada, Fransada, Portuqaliyada, İsveçdə, Vatikanda,

Hindistanda, Avstraliyada, Kanadada, Koreya Respublikasında... Kilsələrdə, uşaq evlərində, internat məktəblərdə, idman bazalarında, sığınacaqlarda!

Daha hara qaldı ki?!

Əfqanlstanda yeniyetmə oğlan uşaqlarına qadın palyarı geyindirib, səhnədə rəqs etməyə məcbur edirlər, sonra da varlı adamlar, hərbi komandirlər "bəça bazi" dedikləri bu binəvaların üzərində öz cinsi ehtirasını söndürürlər...

Ehh! Çində Mao Tszedunun "Qırmızı qvardiya" sında nələr baş vermirdi ki! Axırda 12-15 yaşlı 200 mindən çox uşaq qaçıb yüksək dağlıqda yerləşən Çenduya yığışdılar, orada üsyan qaldırıb (!) şəhərdə hakimiyyəti ələ aldılar (!) 15 yaşlı oğlanı mer seçdirib, mərkəzi hakimiyyətin qisasını yerli camaatdan almağa başladılar. Sonda Çin hökuməti Çenduya qoşun yeridib, həmin uşaqların hamısını (!) qətlə yetirdi.

"Epşteyn işi"nə gəlincə, bu haqda bilmədiklərimiz bildiklərimizdən çoxdur. Ancaq elə bildiklərimiz də bəs edir. Sadəcə, məni hər zaman bizim cəmiyyətimizdə olan Qərb snabizmi narahat edib. Hələ də bir çox soydaşımıza elə gəlir ki, Qərb Azərbaycana demokratiya gətirəcək, insan haqlarımızı qoruyacaq və sair. Bu, üzücü aldanışdır və Qərb hökumətlərinin "xilaskar" obrazına inanmaqla keçən nə qədər aldadılmış ömür var ölkəmizdə. Hələ yarıda qırılan, məhbəslərdə çürüyən ömürləri heç demirəm.

Körpələr evində, uşaq bağçasında, məktəbində ən görkəmli yerdən üzdəniraqların iyrənc bayraqlarını asan, cinsi dəyişmək azadlığını təbliğ, hətta xüsusi təlqin edən xarici hökumətlətdən "demokratiya ixracı" gözləyənlər gərək "Epşteyn faylları" toplusunu kompüterində endirib, başdan axıra dəfələrlə və çox diqqətlə oxusunlar. Oxusunlar və düşünsünlər. Heç olmasa, düşünsünlər...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
bizimyol.info

1Mənbələr