AZ

Daha iki dövlət müəssisəsinin nizamnamə kapitalı 2,4 milyon manat azaldıldı

BAKI, 5 fevral. TELEQRAF

Azərbaycanda iki sosial xidmət müəssisəsi nizamnamə kapitalının 2,4 milyon manat azaldığını elan edib.

Teleqraf xəbər verir ki, 3 və 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin nizamnamə kapitalları azaldılaraq 1000 manata endirilir.

Hər iki dövlət müəssisəsinin hazırkı nizamnamə kapitalı 2 milyon 431 min 279.54 manatdır.

3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Göygöl rayonunda, 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi isə Gəncə şəhərində yerləşir.

3 saylı müəssisə 1999-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Azər Süleymanovdur. 4 saylı sosial xidmət müəssisəsi isə 1993-cü ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Əlizamin İskəndərovdur.

Qeyd edək ki, ötən gün 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də nizamnamə kapitalı 2 milyon 431 min 279.54 manatdan 1000 manata endirilib.

Seçilən
19
teleqraf.com

1Mənbələr