AZ

"Epşteyn sənədləri"ndə məşhur aktrisanın da adı hallanır

Bakı. Trend:

Hollivud ulduzu Ancelina Coli maliyyəçi Ceffri Epşteyni özfilmlərinin qapalı nümayişlərinə dəvət edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyininsaytında yerləşdirilmiş məxfilikdən çıxarılmış sənədlərdə qeydedilib.

Coli elektron poçt vasitəsilə Epşteyni 2014 və 2017-ci illərdəkeçirilən premyera nümayişlərinə, eləcə də qapalı gecə tədbirlərinəiki dəfə dəvət edib. Maliyyəçi isə cavab məktublarında təşəkkürünübildirib və tədbirlərdə iştirak edəcəyinə söz verib.

"Epşteyn işi" ABŞ tarixində ən qalmaqallı işlərdən biri hesabolunur. Maliyyəçi 2000-ci illərin əvvəllərində şəxsi adasında vəManhettendəki evində onlarla yetkinlik yaşına çatmayan qızın cinsiistismara məruz qaldığı "şənliklərin" təşkilatçılığında ittihamolunub.

Epşteynin qonaqları arasında siyasət və şou-biznes sahəsindənbir çox məşhurlar olub. Epşteyn 2019-cu ildə həbs edilib və onu 40ilədək həbs cəzası gözləyirdi. Lakin maliyyəçi hakim qarşısınaçıxmadan Manhetten həbsxanasındakı kamerasında ölüb.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr