AZ

"Rystad Energy" qarşıdakı 2 ildə neft qiymətləri üzrə proqnozunu verdi

Bakı. Trend:

Yaxın iki ildə neftin bir barrelinin orta qiyməti 60 dollartəşkil edəcək.

Trend xəbər verriki, bunu enerji sektorunda müstəqil tədqiqat və analitika iləməşğul olan “Rystad Energy” şirkətinin Yaxın Şərq və Şimali Afrikaregionu üzrə bölməsinin tədqiqatlar üzrə direktoru Aditya Sarasvatbildirib.

“Bu il neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsindədirvə növbəti il üçün də proqnoz eynidir – 60 dollar. Bu, mövcud tələbvə təklif balansına əsaslanan fundamental göstəricilərdir. Əlbəttə,geosiyasi sarsıntılar və ya OPEC-in siyasətindəki dəyişikliklərbazara təsir göstərə bilər, lakin ümumilikdə fundamental amillərincari tələb və təkliflə birləşməsi məhz bu rəqəmi formalaşdırır”, –deyə o bildirib.

A. Sarasvatın sözlərinə görə, spot qiymətlərdə cüzidalğalanmalar müşahidə olunur və geosiyasi hadisələr qiymətəlavələrini uzun müddət yüksək səviyyədə saxlaya bilmir.

“Məsələn, İranda vəziyyətin gərginləşməsi zamanı qiymətlərmüvəqqəti olaraq yüksəlir, lakin sonradan yenidən aşağı düşür. Yənihadisələr tədarük zəncirlərinə və ya tələbə birbaşa təsir etmədiyihalda, qiymətlər nisbətən sabit qalır”, – deyə o qeyd edib.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr