AZ

Puqaçova ictimaiyyətdən uzaqlaşdı

Yazını böyüt
Yazını kiçilt

Kipr sakinləri Alla Puqaçovanın nadir hallarda ictimaiyyət qarşısına çıxmasını müzakirə edirlər. Onlar müğənninin belə davranışını onun sağlamlığı və adadakı həyat tərzi ilə əlaqələndirirlər. Bu barədə Kp.ru məlumat yayıb.

Hafta.az xəbər verir ki, Kiprdə yaşayan bir rus qadın deyib ki, onun yaşında kimdə oxşar problemlər yoxdur ki:

"Mən Alla Borisovnanı bir il əvvəl gördüm. O, şən idi və tək gəzirdi. Əgər həqiqətən xəstə olsaydı, burada oturmazdı. Kiprdə səhiyyə dəhşətlidir! Bütün şəhərdə yalnız bir layiqli özəl klinika var, amma o da inanılmaz dərəcədə bahadır".

Limasol sahilində müğənnini müşahidə edən başqa bir yerli sakin isə Puqaçovanın yorğun və gərgin göründüyünü, üzünü papağın altında gizlətməyə çalışdığını qeyd edib.

"Onu bir dəfə gördüm - çox gərgin, yorğun, əyilmiş, papağı alnından aşağı çəkilmiş vəziyyətdə idi. Onu tanıdığımızı anlayanda üz ifadəsi belə idi: "Məni sakit buraxın", - deyə Anna xatırlayıb.

Kiprdə yaşayan bir çox rusiyalı hesab edir ki, məsələ sənətçinin sağlamlığı və ya kameralardan qorxması ilə bağlı deyil, əksinə, onun əvvəlki həyatına qayıtmasının mümkün olmaması və gələcəyin tamamilə qeyri-müəyyən olması ilə əlaqədardır.

Seçilən
10
2
hafta.az

3Mənbələr