Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında stratejitərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadiəhəmiyyət daşıyır.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu səfər Azərbaycan ilə BƏƏ arasında sonillər yüksələn xətt üzrə inkişaf edən münasibətlərin məntiqi davamıkimi qiymətləndirilir:
"Prezident İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə BirləşmişƏrəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed AlNəhyanla görüşlər zamanı tərəflər siyasi dialoqunintensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi,enerji təhlükəsizliyi, investisiya mühiti və regional sabitlikməsələlərini müzakirə ediblər. Prezident İlham Əliyevin səfəri eynizamanda, Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinigücləndirmək və Körfəz regionunda etibarlı tərəfdaş mövqeyinimöhkəmləndirmək strategiyasına uyğun olub".
A.Qarayev bildirib ki, səfər çərçivəsində imzalanan sənədlərxüsusilə diqqət çəkib:
"Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub QazDəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarətpayının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinininvestisiya qolu olan XRG Şirkətinə satılması ilə bağlı alqı-satqımüqaviləsinə dair sənəd imzalanıb. Bu razılaşma Azərbaycanın enerjisektoruna beynəlxalq investorların marağının artdığını göstərməkləyanaşı, “Cənub Qaz Dəhlizi” kimi strateji layihənin maliyyədayanıqlığını daha da gücləndirir. Eyni zamanda bu addım Avropanınenerji təhlükəsizliyinə töhfə verən layihələrdə Azərbaycanınaparıcı rolunu möhkəmləndirir".
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin səfəri təkcəiqtisadi deyil, həm də təhlükəsizlik və müdafiə sahəsindəəməkdaşlığın inkişafı baxımından əlamətdar olub:
"Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iləBirləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiəəməkdaşlığına dair niyyət məktubu imzalanıb. Bu sənəd iki ölkəarasında hərbi əməkdaşlıq, müdafiə sənayesi və təcrübə mübadiləsisahələrində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlaraçır.
Ümumilikdə, fevralın 2-də baş tutan bu səfər Azərbaycan-BƏƏmünasibətlərinin yeni mərhələyə yüksəldiyini, tərəflər arasındaetimad və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha damöhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin səfəriAzərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimimövqeyini gücləndirən mühüm diplomatik addım kimidəyərləndirilir".