AZ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da çıxış edə bilər

“Beşiktaş” müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, “qara qartallar” Fransanın “Marsel” klubunda çıxış edən Amir Murilyo ilə yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, İstanbul təmsilçisi 29 yaşlı panamalı sağ cinah müdafiəçisi ilə razılıq əldə etmək üzrədir. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Amir Murilyo 2023-cü ildən “Marsel”in formasını geyinir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Napoli”nin futbolçusu əməliyyat olunacaq

"Qarabağ"ın rəqibinə bir zərbə də "Siti"dən: 2 matçda 7 qol

18 yaşlı yarımmüdafiəçi rəsmən “Qalatasaray”da

“Qalatasaray” avstriyalı futbolçu ilə yollarını ayırıb

Cənubi Koreya millisinin üzvü “Beşiktaş”da - RƏSMİ

Seçilən
94
1
apasport.az

2Mənbələr