Ermeni separatçı və hərbi cinayətkarların ömürlük cəzaya məhkum edilməsi ədalətli və beynəlxalq hüquqa uyğundur. 30 il Azərbaycana qarşı işğal və separatçı fəaliyyət göstəriblər. Bundan əlavə, insanlıq əleyhinə kifayət qədər cinayətləri sübut olunub. Bu, Azərbaycanın daxili işidir. Heç bir dövlət bu məsələ ilə bağlı Azərbaycana irad tuta bilməz.
Qeyd edim ki, ötən gün Fransa Milli Assambleyasında hərbi cinayətkarlarla bağlı bədnam qətnamə qəbul edilib. Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olur. Regionda yaranmış etimad quruculuğunu sabotaj edirlər. Ermənistan rəsmiləri qeyd edir ki, hazırda ölkəmiz müstəqildir və heç bir ölkənin satalleti deyil
Hətta Qarabağı Ermənistan üçün tələ və müstəqil olmaması üçün yaradıldığını N. Paşinyan qeyd edib. Belə olan təqdirdə Fransa senatının qəbul etdiyi qətnamə Ermənistanın əleyhinədir.Bu ölkə 30 ilə yaxın ATƏT Minsk qrupunun həmsədri olub və Fransadan ədalət gözləmişik.
Məhəmməd Əsədullazadə