AZ

Ukraynada enerji üzrə "saziş müəmması" - Putin Trampı saymadı, ya ikisi oyun oynayır...



Əli Orucov: "ABŞ Ukraynaının bəlkə də bilərəkdən genişmiqaslı hücumlara və dağıntılara məruz qalmasını istəyir ki, Kiyevin iradəsini tam sındırsın, Rusiya ilə təslimçi sülhə məcbur etsin"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ABŞ prezidentinin xahişi ilə elan olunan enerji atəşkəsini pozub. Onun sözlərinə görə, Rusiya diplomatik səylər göstərmək əvəzinə, ən sərt qış günlərində hücum həyata keçirməyə hazırlaşıb.

Zelenski 3 fevralda Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib ki, Donald Tramp Rusiya rəhbərliyindən Ukraynanın enerji və kritik infrastrukturlarına zərbələr endirməməsini xahiş etmişdi. Enerji atəşkəsi 29 yanvarda başlamışdı, lakin Ukrayna tərəfinin fikrincə, Rusiya 3 fevral gecəsi bu razılaşmanı pozub.

Prezidentin sözlərinə görə, Rusiya müharibəni davam etdirmək niyyətindədir və Ukraynanın bir çox bölgəsində temperaturun -20 dərəcədən aşağı düşdüyü günləri gözləyib. Həmin gecə Rusiya Ukraynaya 71 raket və 450 pilotsuz uçuş aparatı ilə hücum edib.

Zelenski qeyd edib ki, Rusiya bu qısa fasilədən diplomatiya üçün deyil, raket ehtiyatı toplamaq və ilin ən soyuq günlərində genişmiqyaslı zərbə endirmək üçün istifadə edib. Bu səbəbdən 4–5 fevral tarixlərində keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin mövqeyi yenidən nəzərdən keçiriləcək.

O vurğulayıb ki, bu cür hücumlar Moskvanın mövqeyinin dəyişmədiyini göstərir və Ukraynanın tərəfdaşlarından daha fəal dəstək gözlədiyini bildirib. Zelenski xüsusilə Patriot hava hücumundan müdafiə sistemləri üçün daha çox raketə ehtiyac olduğunu deyib.

Bu nə deməkdir? Putin Teampı saymır, ya öz aralarında oyun oybayırlar?

Politoloq Əli Orucov "Baki-Xəbər" qəzetinə məsələ ilə bağlı açıqlamasında deyib ki, Rusiya tarixən atdığı imzasının və verdiyi sözün üstündə heç vaxt durmayıb, istədiyi vaxt razılaşmalardan qaçıb və maraqlarına uyğun improvizə edib. Ekspert hesab edir ki, ona görə də dünyada heç kim, heç bir dövlət Rusiyaya etibar etmir: "Hər hansı müqavilələr, sözləşmələr ediləndə də buna ehyiyatlı yanaçılır. 29 yanvarda D.Trampın çağırışı ilə qışın çox sərt və şaxtalı keçməsi səbəbi ilə tərəflərə enerji obyektlərinin vurulmasına, atəşə maratoruim qoyulması müsbət qarşılandı. Bunu Moskva ilə Kiyev arasında həm də uzun müddətli atəşkəsin əldə olunması və sülh prosesinin davam etdirilməsi üçün bir fürsət kimi qiymətləndirənlər də oldu. Uğurlu danışıqlar üçün ilk növbədə qarşılıqlı etimad mühiti yaradılmalıdır ki, tərəflər bir-birlərinə güvənə bilsinlər. Təəssüflr olsun ki, Rusiya yaranmış bu fürsəti özünün pis niyyətləri üçün istifadə etdi və anlaşmanın üzərindən 3 gün keçməmiş Ukraynaya qarşı geniş miqyaslı hava hücmları gerçəkləşdirdi. Mülki obyektləri, infarastrukturu və enerji sahələrini hədəf aldı. Böyük dağıntılara və insan itkilərinə səbəbkar oldu."

Siyasi şərhçinin fikrincə dünya ictimaiyyəti bir daha gördü ki, Rusiya qəddar və amansızdır. Bütün dəyərlər və prinsiplər, qəbul edilmiş ümumi normalar, humanism faktoru Rusiya üçün məqbul deyil: "Kreml hər bir imkandan yırtıcı xüsusiyyətlərini həyata keçirmək üçün yararlanır. ABŞ prezidenti D.Tramp hələ də düşünür ki, Putinlə dil taparaq onunla əlverişli ticari, iqtisadi sövdələşmələr qazana biləcək. Fikrimcə Putinə baxışlarında Ağ Ev rəhbəri Birləşmiş Ştatların maraqlarından daha çox özünün biznes və korporotiv maraqları kontekstindən çıxış etməkdədir. ABŞ ictimaiyyəti Putinin işğalçılıq və imperiya planlarına bu qədər dözümlülük göstətmək, onu cəsarətlənirəcək adıımlar atmaq barədə zənn etmirəm ki, razılaşmış olsun." "Ukrayna-Rusiya müharibəsi ilə bağlı D.Trampın hazırkı mövqeyi Qərbli müttəfiqlərini də incik salıb. Rusiya prezidenti amerikalı həmkarının görünür xarakterinə və zəif nöqtələrinə bələd olduğundan ona məhəl qoymayaraq Ukraynaya hücumlarının kəskin etiraz doğurmayacağının fərqindədir. Moskvanın son hərəkətləri danışıqları da pozur. Halbuki müəyyən qədər ümidlər yaranmışdı, təmaslar intensivləmişdi. Bundan sonra Putinə necə inanmaq və onunla nəyi müzakirə etmək olar? ABŞ Ukraynaının bəlkə də bilərəkdən genişmiqaslı hücumlara və dağıntılara məruz qalmasını istəyir ki, Kiyevin iradəsini tam sındırsın, Rusiya ilə təslimçi sülhə məcbur etsin. Əks halda Ukraynanın müdafiə qabiliyyətini, əlalxüsus da hava məkanını effektiv qorunmasını təmi edəcək tədbirlər görməli idi. Kiyevin istədiyi “Patiriot” Hava Hücumundan Müdafiə Sistemlərini və komponentlərini vaxtında tədarük edərdi. Eyni zamanda Rusyanın icərilərindəki dərin hədəfləri vurmaq üçün “Tomahawk” raketlərini verməkdən imtina etməzdi. Aydındır ki, D.Tramp müharibənin uzanasını istəmir, ancaq bunu ədalətsiz və azadlığı uğrunda döyüşən Ukrayna xalqnın zəiflədilməsi, müdafiəsiz buraxılması bahasına edilməməlidir", - deyə Oruclu vurğuladı.

Akif NƏSİRLİ

Seçilən
11
baki-xeber.com

1Mənbələr